20 Yanvar dairəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
Tərtib olunmuş qrafikə əsasən, Bakının bəzi küçə və prospektlərində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən verilən məlumata görə, bununla əlaqədar olaraq, bu gün saat 11:00-dan etibarən 20 Yanvar dairəsində - Ziya Bünyadov prospektindən 20 Yanvar dairəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. İşlər başa çatanadək sürücülərdən alternativ yollardan istifadə etmələri tövsiyə olunur.