Maide.az

206 milyon adamın humanitar yardıma ehtiyacı var

2018-ci ildə dünyanın 81 ölkəsində yaşayan 206,4 milyon nəfər humanitar yardıma ehtiyacı olub. Bu adamların böyük hissəsi azsaylı ölkələrə cəmləşib: altı ölkədə humanitar yardıma ehtiyacı olan 80,6 milyon nəfər yaşayır.   “İnkişaf təşəbbüsləri” adlı qurum “Qlobal humanitar yardım hesabatı 2019” hesabatını açıqlayıb.   2017-ci ildə 10 ölkə bütün ölkələrə ayrılan humanitar yardımın 63%-ni (11,8 milyon ABŞ dolları) əldə edib.   Bir çox hallarda böhranların uzandığı, bunun yoxsulluq içində yaşayanlara özəlliklə təsir göstərdiyi vurğulanır.   Qlobal miqyasda məcburi köçkünlərin sayı artıq yeddinci ildir ardıcıl şəkildə artır, 2018-ci ildə 70,8 milyona çatıb.   Bu arada hökumətlərin və özəl donorların ayırdığı beynəlxalq humanitar yardımın məbləği də yüksəlib, 2018-ci ildə 28,9 milyarda çatıb. Bu, 2014-cü illə müqayisədə 30 faizdən artıq artım deməkdir.   Hesabata görə, Əfqanıstanda 10,6 milyon nəfərə 599 milyon dollarlıq; Ukraynada 3,5 milyon nəfərə 187 milyon dollarlıq; Pakistanda 3,2 milyon nəfərə 123 milyon dollarlıq yardım gərəkdir. /azadliq.org