Maide.az

2024-cü il Avropa çempionatı Almaniyada olacaq

Futbol üzrə 2024-cü il Avropa çempionatı Almaniyada keçiriləcək. UEFA-nın icraiyyə komitəsində səsvermədə Almaniya Türkiyəni məğlub edib.   Bu turnir 1988-ci ildə də Almaniyada keçirilib.   Türkiyə artıq dördüncü dəfədir ev sahibliyi üçün müraciət edir, amma qalib gələ bilmir.   İcraiyyə komitəsi 12-4 Almaniyanın xeyrinə səs verib.   Almaniya 1974 və 2006-cı illərdə Dünya Çempionatına da ev sahibliyi edib.   Çempionatda 24 komanda 51 oyun keçirəcək. Yarışlar Almaniyanın 10 şəhərində baş tutacaq.   2020-ci il çempionatı isə Avropanın müxtəlif yerlərində olacaq.   2016-cı ildə çempionat Fransada keçirilmişdi və ondan 2 milyard avroluq gəlir götürülmüşdü. UEFA-nın qazancı 850 milyon avro (1 milyard dollar) idi. / azadliq.org /