Maide.az

2021-ci ilin ilk 6 ayı ərzində Əfqanıstanda öldürülən dinc sakinlərin sayı açıqlandı

Əfqanıstanda bu ilin ilk 6 ayında  zorakılıq hadisələri nəticəsində öldürülən dinc sakinlərin  sayı açıqlanıb.   Maide.Az “tasnimnews”a istinadla xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatınn Əfqanıstana Yardım Missiyası (UNAMA) tərəfindən açıqlama verilib.   Açıqlamaya görə, 2021-ci ilin ilk 6 ayı ərzində Əfqanıstandakı  zorakılıq hadisələrində 1659  dinc sakin həyatını itirib, 3254 dinc sakin isə yaralanıb.    BMT-nin Əfqanıstana Yardım Missiyası (UNAMA) zorakılıqların dayandırılmasını tələb edib.   Zorakılıqlar dayandırılmasa  dinc sakinlərin ölüm hallarının ən yüksək həddə çatması ilə bağlı xəbərdarlıq edilib.