2017-ci ildən indiyədək Fransada 7 məscid bağlanıb
2017-ci ildə Fransa hökuməti terrorizmlə mübarizə bəhanəsi ilə indiyədək ölkədə 7 məscidi bağlayıb. Maide.Az “alkhaleejonline” saytına istinadən xəbər verir ki, məlumata görə, bu müddət ərzində Fransada 10 terror hücumunun qarşısı alınıb. Fransa DİN-in yayımladığı bəyanatda qeyd olunur ki, bu müddət ərzində terrorçuluqda şübhəli bilinən 93 nəfərin evində axtarış aparılıb, 106 nəfər haqqında ev dustağı qərarı çıxardılıb. Qeyd edək ki, Fransada 2015-ci il terror hücumundan sonra “terrorizmlə mübarizə qanunu” təsdiqlənib. Qanun aidiyyatı qurumlara və polisə gərəkli bildikləri zaman ibadət ocaqlarını bağlamaq üçün səlahiyyət verir.