2017-ci ildə rusiyalılara ərzaq kartları veriləcək
Rusiya Federasiyası Ərzaq və Sənaye Nazirliyi 2017-ci ildə sakinlər üçün ərzaq yarldımı proqramını işə salacaq. FaktXəbər-in Lenta.ru-ya istinadla məlumatına görə, bu barədə fevralın 7-də ƏSN naziri Denis Manturov bəyan edib. Onun sözlərinə görə, ərzaq kartlarının verilməsi bəzi məhsulları, məsələn təzə ət, balıq və tərəvəz almaq imkanı olmayan, müəyyən kateqoriyalı sakinlərə yardım etməyə imkan verəcək. Nazir onu da vurğulayıb ki, rusiyalıların aldıqları pul, vətəndaşların hesablarında yığılmayacaq: «Onları ancaq yerli istehsal məhsulların alışı üçün xərcləmək mümkün olacaq». Qeyd edək ki, layihə 2015-ci ildən hazır olsa da, büdcə çatışmazlığına görə bir neçə dəfə təxirə düşüb. ABŞ-da analoji dəstək proqramı 50 ildir ki, mövcuddur. Vətəndaşlara ayda orta hesabla 130 dollarlıq Food Stamp adlanan talonlar verilir.