Maide.az

2016-cı ilin tarixi əhəmiyyətli fotoları

İl boyunca müxtəlif hadisələr baş verib və bu müxtəlif hadisələr rəngli fotolarla və videolarla yadda qalıb.   Maide.Az BBC-yə istinadən sizə öz əhəmiyyəti ilə tarixdə qala biləcək fotoları təqdim edir.    Tim Peakın kosmos səyahəti - Bu foto insana sonsuzluq hissi verir. Bu fotoda nə tavan var, nə divar,  nə də yer.    Beyzbol maеççında oyunçunun əlindən fırlayan sopanın tamaşaçılar istiqamətinə düşməsi və atanın oğlunu xilas etdiyi an.    Palmira İŞİD işğalından azad olunduqdan sonra fotoqraf Cozef Eid bu şəhərin əvvəlki halı ilə işğaldan sonrakı halını bir fotoda araya gətirib.    İsveçrənin Zürix şəhərində son texnologiyanın idmanla birləşdiyi an. Fizik qüsurluların idman yarışı   Yaponiyada yol çökməsi. Bunu sosial media istifadəçiləri pis əlamət kimi yozaraq Dantenin "İlahi komediya" əsərindəki kadra bənzətmişdilər.    İndoneziyada sürətli texnika ilə çəkilmiş bu foto Van Qoqun "Ulduzlu gecə" tablosunu xatırladır.    Türkiyədə İyul çevrilişi zamanı Bosfor boğazında ordunun tərkisilahı   Hələb: Suriya müharibəsindən tarixi kadr   İllər sonra ABŞ-ın Kuba ilə yaxınlaşması: Obamanın Havana aeroportuna enişi   Qaçqınlar. Avropaya axın edən miqrant kütləsi.   Donald Trampın seçkidən öncə çıxış etdiyi anlardan biri.