Maide.az

2016-cı ildə Neft Fondunun kəsiri 1,55 mlrd manat gözlənilir

Gələn il Neft Fondunun gəlirləri 6 711 564,1 min manat olacaq. Bu, 2015-ci il proqnozundan 3,53 mlrd manat (34,5%) azdır. ARDNF-nin büdcə layihəsində belə deyilir və büdcə Müşahidə Şurasının təsdiqindən sonra dövlət başçısına göndəriləcək.   Gələn il Fondun xərcləri 8 261 399,7 min manat (2015-ci il proqnozundan 33,4% və ya 4,1 mlrd manat az) planlaşdırılıb.   Turan-ın məlumatına əsasən, 2016-cı ildə Fondun kəsiri 1 549 835,6 min manat olacaq. Bu il bu göstərici 1,1 mlrd manat proqnozlaşdırılıb.   Fonddan dövlət büdcəsinə transfertlər 2016-cı ildə 6 mlrd manat olacaq. Bu,  2015-ci il proqnozundan 4,388 mlrd manat (42,2%) azdır.   Oktyabrın 1-i üçün Fondun aktivləri ilin əvvəli ilə ($37,1 mlrd) müqayisədə 6,38% azalaraq $34,74 mlrd təşkil edib.