Maide.az

2015-ci ilin yazından bu yana Yəməndə 5 yaşdan aşağı 85 min uşaq ölüb

Yəməndə 2015-ci il martın 26-da başlayan Səudiyyə Ərəbistanı hərbi müdaxiləsindən sonra 55 min insan ölüb.   Onlardan 7 mini mülki əhalidir. Hazırda 22 milyon əhalisi olan Yəməndə 15 milyon insan qida əldə etməkdə çətinlik çəkir.   Beynəlxalq uşaq təşkilatı “Save the Children”in məlumatına əsasən münaqişəsinin başladığı 2015-ci ilin yazından bu yana Yəməndə 5 yaşdan aşağı 85 min uşaq ölüb.   Hal-hazırda 27 milyonluq Yəməndə əhalinin 75 faizi qida və dərman yardımına möhtacdır. 5,2 milyon uşaq isə aclıq təhlükəsi altındadır. / musavat.com /