Maide.az

2015-ci ilin oktyabr ayı üçün əlamətdar İslami günlər

2 oktyabr  – 18 Zil-həccə -  “Qədir-Xum” bayramı və İmam Əlinin (ə) Peyğəmbəri-Əkrəm (s) tərəfindən canişin və vəsi elan edildiyi gündür. 7 oktyabr – 23 Zil-həccə -  Meysəm Təmmarın vəfat günü. 8 oktyabr – 24 Zil-həccə -  “Mübahilə” günü və Əhli-beytin (ə) məqamı ilə bağlı “Təthir” ayəsinin nazil olduğu gündür. 15 oktyabr - 1 Məhərrəm - İslam təqviminin başlanğıcı 16 oktyabr – 2 Məhərrəm -  İmam Hüseynin (ə) Kərbəlaya çatdığı gün. 17 oktyabr – 3 Məhərrəm -  Ömər ibn Sədin qoşunu Kufədən Kərbəlaya çatıb. 21 oktyabr – 7 Məhərrəm -  Yezidin ordusu Kərbəlada Əhli-Beytin suyunu kəsdi. 23 oktyabr – 9 Məhərrəm -  Tasua günü.  24 oktyabr – 10 Məhərrəm -  Aşura günü. İmam Hüseynin (ə), Həzrət Əbəlfəzl Abbasın (ə)  və silahdaşlarının şəhadəti. 25 oktyabr – 11 Məhərrəm -  İmam Hüseynin (ə) ailəsi əsir kimi Kufəyə aparılır. 26 oktyabr – 12 Məhərrəm -  İmam Hüseynin (ə) ailəsi Kufəyə çatır. 26 oktyabr – 12 Məhərrəm -  İmam Zeynəlabidinin (ə) şəhadəti. 27 oktyabr – 13 Məhərrəm -  Kərbəla şəhidlərinin dəfni. 27 oktyabr – 13 Məhərrəm -  Mədinədə Hərrah döyüşü. 30 oktyabr – 16 Məhərrəm -  Qiblənin Qüdsdən Kəbəyə dəyişdirildiyi gün.