Maide.az

2015-ci ildə 11.7 min ailə dağılıb

2015-ci il ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 63,1 min nikah və 11,7 min boşanma halları qeydə alınıb.   Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 7,2, boşanmaların sayı isə 1,3 təşkil edib.   Bu ilin yanvar-noyabr ayları ərzində Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 2494 nəfər gələn və 1082 nəfər ölkədən gedən qeydə alınıb. /