2015-ci ildə iş başında neçə jurnalist öldürülüb?
2015-ci ildə dünyada iş başında 69 jurnalist öldürülüb. Maide.az Associated Press-ə istinadən xəbər verir ki, Mərkəzi Nyu Yorkda yerləşən Jurnalistlərə Dəstək Komitəsinin verdiyi açıqlamada bildirilir ki, öldürülən jurnalistlərin 28-ni terrorçu qruplaşmalar öldürüb. Məlumata görə, jurnalistlər daha çox Suriyada öldürülüb. Bu ölkədə 2015-ci ildə 13 jurnalist həlak olub. Bu rəqəm 2014-cü illə müqayisədə azalıb. Jurnalistlər əksəriyyəti təhlükəli yerlərdə xəbər hazırlayarkən həyatlarını itiriblər. /