1 kilometrlik iftar süfrəsi - Foto
Iranın Gülüstan əyalətinin Ağ Qala şəhərində bu ölkənin ən uzun iftar süfrəsi təşkil olunub. Maide.Az xəbər verir ki, bir müddət öncə seldən əziyyət çəkən Ağ Qala şəhərində açılan süfrənin uzunluğu 1 kilometr olub. Məlumata görə, iftar süfrəsində 4000 nəfər yemək yeyib. Süfrənin hazırlanmasında Mazandaran əyalətindən olan qeyri-hökumət təşkilat və Gülüstan əyalətinin yerli rəhbərliyi iştirak edib.