17 yaşlı fələstinli qıza 13,5 il həbs cəzası -VİDEO
İşğalçı İsrail rejim məhkəməsi 17 yaşlı fələstinli qızın 13,5 il müddətinə azadlıqdan məhrum edilməsi hökmünü təsdiqləyib. Maide.Az xəbər verir ki, Sionist rejim məhkəməsi həmçinin fələstinli qız Nurhan Avvada 8 min dollar miqdarında cərimə yazıb. N.Avvad 2015-ci ildə bir neçə sionisti yaralamaq ittihamı ilə həbs olunub. O həbs olunarkən, onunla birgə olan bibisi qızı şəhid edilib. (presstv)