Maide.az

15 beynəlxalq təşkilat Yəmənin mühasirəsinə son qoyulmasını tələb etdi

15 beynəlxalq humanitar təşkilat birgə bəyanat yayaraq Yəmənin mühasirəsinə son qoyulmasını və əsas hava limanının açılmasını tələb edib.    Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, bəyanatda bildirilir ki, Yəmənin əsas hava limanın (Səna hava limanın) ötən ildən bağlanması bu ölkəyə beynəlxalq humanitar yardımların çatdırılmasına problemlər yaradır və minlərlə yəmənli xəstənin müalicə üçün ölkədən çıxmasına problem yaradaraq onlar üçün təhlükə yaradır.    Beynəlxalq Təşkilatların bəyanatında bildirilir ki, səhiyyə ocaqlarının dağıdılması və dərman çatışmamazlığına görə ölənlərin sayı Səudiyyə Ərəbsitanı rejiminin Yəmənə hücumu nəticəsində ölənlərin sayından az deyil.    Bəyanatda bildirilir ki, Səudiyyə Ərəbistanının Yəmənə təcavüzündən öncə Səna hava limanı vasitəsilə ildə 7 min yəmənli müalicə üçün ölkədən kənara səfər edirmiş.   Son iki ildə isə müharibə şəraitinə görə 20 min yəmənlinin yaşamaq üçün tibbi nəzarətə ehtiyacı var.    BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik Yəməndə vəba xəstəliyinin tüğyan etməsi ilə pisləşən vəziyyət barədə danışıb.  O, bildirib ki, infeksiya ölkənin 22 əyalətindən yalnız birinə yayılmayıb.   Stefan Cüjarrik həmçinin əlavə edib ki, vəba xəstəliyinə yoluxanların sayı 480 min nəfərə çatıb, infeksiyadan ölənlərin sayı isə 2 min nəfər təşkil edir.   Yəmənin Səhiyyə Nazirliyi elan edib ki, ölkədə səhiyyə sisteminin çökməsi və tibbi avadanlığın çatışmamazlığına görə 10 min nəfərdən çox yəməli həyatını itirib. Səhiyyə Nazirliyi onların müalicəsi üçün lazım olan dərmanları təmin edə bilməyib. /