14 ildə 90 min hacı həyatını itirib
Livanın “Əl-Əxbar” qəzeti yazır ki, bir sıra sənədlər əldə edib ki,həmin sənədlər göstərir ki, Ali Səud rejimi Həccin idarəedilməsinəvə Allah evinin qonaqlarının təhlükəsizliyinin təmininə qadir deyil. Ali Səud bu ayindən siyasi məqsədləri və təkfirçi vəhhabi düşüncələrini regionda vədünyada yaymaq üçün istifadə edir. Maide.Az xəbər verir ki, cümə günü yayımladığı nömrəsində son 14 ildə Səudiyyə Ərəbistanda müxtəlif hadisələr zamanı həyatını itirmiş hacıların statistikasını açıqlayıb. Qəzetin yazdığına görə Mina faciəsi həcc tarixində baş vermiş ən böyük faciədir. Ötən il həcc mövsümü zamanı baş vermiş faciədə ölənlərin sayını Səudiyyə Ərəbistan 769 nəfər elan edir və yaralıların sayını isə 694 nəfər elan edib. Lakin bu rəqəm 7 minədək qeyd olunur. Qəzet yazır ki, əldə etdiyi sənədlərdə 1423 –cü il hicri qəməri ilindən 1437-ci hicri qəməri ilinədək bütün ölkələrdən həccdə həyatını itirmiş hacıların adı, kimliyi, yaşı və ölüm tarixi qeyd olunub. “3121 səhifəlik sənədə görə, 14 il ərzində 90 min 267 hacı həyatını itirib və baş vermiş ən böyük faciə isə ötən il baş verən Mina faciəsidir”.