Maide.az

110 yaşlı kişi 6-cı dəfə evlənməyə hazırlaşır

Əhməd Məhəmməd İsa adlı iranlı  kişinin 110 yaşı var və o indiyədək 5 dəfə evlənib.    Maide.Az jamnews xəbər saytına istinadən xəbər verir ki, Əhməd Məhəmməd İsa hazırda altıncı dəfə evlənməyə hazırlaşır.  O 82 yaşlı bir xanımla toy edəcək.  Onun ailə üzvləri bu evliliyə razılıq veriblər və yaxın vaxtlarda bu toy baş tutacaq.    Qeyd edək ki, Ə.Məhəmməd İsanın 5 evliliyində 20 nəfə və 40 nəticəsi var.