10 yaşlı oğlanın İnstaqrama xaker hücumu və ....
Coni adlı 10 yaşlı oğlan Instagram serverlərinə xaker hücumu edərək istifadəçilərin yazdığı mətnləri pozmağı bacarıb. Maide.Az xəbər verir ki, Coni deyib ki, çox asanlıqla instagramda istifadəçilərin paylaşımları və komentləri pozmaq olur. 10 yaşlı oğlana İnstagram şirkəti bu sosial şəbəkədə texniki səhv tapdığı üçün 10 min dollar mükafat verib. İnstagram 2015 –ci ildə 210 nəfərə bu şirkətin səhifəsində təhlükəsizlik problemlərini üzə çıxardığıüçün 936 mindollar mükafat verib.