Maide.az

104 gün aclıq edən fələstinli məhbus azad olundu

İşğalçı İsrail rejim fələstinli məhbus Mahir əl-Ahrəsi sərbəst buraxıb.    Maide.Az "iribnews"a istinadla xəbər verir ki, bunu  Fələstin Qurtuluş Təşkilatına bağlı Əsir İşləri rəhbəri Qədri Əbubəkr deyib.    O bildirib ki. M.Ahrəs İordaniyanın qərb sahilindəki Nablusda yerləşən ən-Nəcah Milli Xəstəxanasına köçürülüb.    Qeyd edək ki,  Mahir əl-Ahrəs özünün qanunsuz həbsinə etiraz əlaməti olaraq  104 gün  aclıq aksiyası keçirmişdi. O , aclıq aksiyasını 6 noyabrda dayandırmışdı.    Xatırladaq ki,  iyulun 27-də işğal altındakı İordan çayının qərb sahilindəki Jenində yerləşən evində İsrail rejimi əsgərləri tərəfindən tutulan Ahrəs işğalçı rejim rəhbərliyinin “inzibati həbs” və özbaşınalıqlarına etiraz olaraq aclıq aksiyasına başlamışdı.