Amerikalı həmsədr: `Azərbaycan və Ermənistan prezidentləri ilin sonuna kimi görüşmək istədiklərini bildiriblər` 28 Oktyabr 2015 02:00 Qarabağ xəbərləri "Biz həm prezident Əliyev, həm də prezident Sarkisyanla görüşdük. Hər ikisi görüşmək istədiyini bildirdi, ilin sonuna kimi görüşmək niyyətini ifadə etdi". APA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. C. Uorlikin sözlərinə görə, hazırda görüşün təfərrüatları üzərində işləyirlər: "Prezidentlər münaqişənin hərtərəfli həlli üçün ortaq yolu, eyni zamanda təmas xəttində atəşkəs rejiminin pozulmasını müzakirə etməlidirlər. Bugünkü vəziyyət iki il əvvəlki vəziyyətdən tamamilə fərqlənir. İlk dəfədir ki, biz təmas xəttində ağır artilleriyadan istifadənin şahidi oluruq. Bunun nəticəsində təəssüf ki, biz sivil vətəndaşların ölməsinin şahidi oluruq. Gərginlik gündən-günə daha da artır. Prezidentlərin görüşü zamanı gərginliyin artmasını müzakirə etməyi çox vacib hesab edirəm. Biz həmçinin xalqlar arasında etimad tədbirlərinin gücləndirilməsi, icmalar arasında dialoqun yaradılmasını da müzakirə etməlidirlər". / Teqlər : #Amerikalı həmsədr: `Azərbaycan və Ermənistan prezidentləri ilin sonuna kimi görüşmək istədiklərini bildiriblər`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Cəbhədə həmsədrlərin iştirakı ilə monitorinq zamanı ermənilər atəş açıb Azərbaycan Silahlı Qüvvələri düşmən mövqelərinə 93 dəfə atəş zərbəsi endirib
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni