Almaniya məhkəməsi iki müəllimənin iddiasını təmin etmədi - Hicablı olduqları üçün 25 May 2018 01:00 Dünya -- Peşə Qadağalarına Qarşı Mübarizə İttifaqı məhkəməninn bu qərarını sərt şəkildə tənqi edib Almaniyanın Berlin şəhərindəki Əmək Məhkəməsi ayrı-seçkiliyə məruz qaldıqları üçün məhkəməyə müraciət edən hicablı iki müəllimənin şikayətinə baxmayıb. Maide.Az “Dünya bülleteni”nə istinadən xəbər verir ki, müəllimələrdən biri məktəblə hicabla çalışmaq istəsə də, onu işə götürməyiblər. Bu səbəblə məktəbdən təzminat tələb edən müəllimənin şikayəti təmin edilməyib. Məhkəmədən bildirilib ki, Tərəfsizlik Qanununa əsasən polislər, idarələrdən çalışanların və müəllimlərin dövlətə aid yerlərdə və məktəblərdə dini simvol və geyimlər geyməsi qadağandır. Digər müəllimənin təzminat tələb etmə müddəti olan 2 ayı keçdiyi üçün tələbi etibarsız hesab edilib. Peşə Qadağalarına Qarşı Mübarizə İttifaqı məhkəməninn bu qərarını sərt şəkildə tənqi edib və qadağanın konstitusiyaya zidd olduğunu açıqlayıb: “Tərəfsizlik Qanunu müsəlman qadılara işləmək qadağası gətirir. Federal Konstitusiya Məhkəməsi tərəfindən 2015-ci ildə alınan qərarda bunun ayrı-seçklik olduğu bildirilib. İctimai sabitlik cəmiyyətin bəzi hissələrinə işləmək qadağası gətirilməklə təmin edilə bilməz”. Teqlər : #Almaniya məhkəməsi iki müəllimənin iddiasını təmin etmədi Hicablı olduqları üçün, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kanadada güclü partlayış - 15 yaralı Fransanın xarici işlər naziri Azərbaycana rəsmi səfər edəcək
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO