Ali Rəhbərinin nümayəndəsi: ‘Qarabağ Azərbaycanın ərazisidir ’ 17 İyul 2020 16:05 Qarabağ xəbərləri Ali Rəhbər ayətullah Seyid Əli Xamneyinin Şərqi Azərbaycan əyalətindəki nümayəndəsi Seyid Məhəmmədəli Al Haşim Ermənistan-Azərbaycan sərhədində, Tovuz rayonu ərazisində Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbçilərinin şəhid olması ilə əlaqədar başsağlığı verib. Maide.Az xəbər verir ki, APA-nın Tehran bürosunun məlumatına görə, Seyid Məhəmmədəli Al Haşim bildirib ki, Ali rəhbərin buyurduğu kimi Qarabağ islam torpağıdır. “Biz Qarabağı Azərbaycan Respublikasının ərazisi hesab edirik. Allahdan istəyirik ki, həm Fələstin, həm də Qarabağ torpaqları tezliklə azadlığa qovuşsun”, - deyə o vurğulayıb. Teqlər : #Ali,#Rəhbərinin,#nümayəndəsi:,#‘Qarabağ,#Azərbaycanın,#ərazisidir,#’, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru MN: Tovuz istiqamətində döyüş əməliyyatları davam edir, bir hərbçimiz şəhid olub Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağla bağlı açıqlama verib
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni