Ali Rəhbər fəhlələri təqdir etdi 27 Fevral 2018 02:00 İslam lideri -- fəhlələrimiz bu illər ərzində dim-dik durdular Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei "Fəhlə Birliklərinin14 min şəhidi konqresi"nin nümayəndələrini qəbul edib. Maide.Az "leader.ir" saytına istinadən xəbər verir ki, görüşdə ayətullah Xameneinin tədbirlə bağlı 2018-ci il fevralın beşində keçirilmiş görüşdə verdiyi bəyanat ötən gün konqresdə oxunub. Bəyanatda bunlar qeyd olunub: "İranın müxtəlif yerlərində hər təbəqədən şəhidlər təqdir edilir. Bu istiqamətdə fəhlə şəhidlərlə bağlı Konqresin də gördüyü işlər həmdə Allahın lütfünü simvolizə edir. Bu da Uca Allahın şəhidlərin kölgəsini ölkəmizin üzərinə sərib, varlığını davam etdirməsini istədiyini göstərir. Ancaq bəzi şəhidlərin təqdir edilməsi isə daha çox dəyərə sahibdir ki, bu təbəqə fəhlə təbəqəsidir. İslam İnqilabı zəfərindən əvvəlki və sonrakı illərlə yanaşı, Müqəddəs Müdafiə zamanında baş verən proseslərdə fəhlələrin gözüaçıqlılıq və qeyrətlə döyüş meydanında olduğuna rast gəlirik. Daha öncə vurğuladığım kimi, İnqilab əleyhinə olan qruplar lap əvvəldən İslam idarəetməsinə qarşı ayağa qaldırmaq üçün gözləri hər zaman fəhlələrin üzərindəydi. Ancaq fəhlələrimiz bu illər ərzində dim-dik durdular və böyük bir bəsirətlə düşmənin uzanan əllərini qırdılar. Hərbi müdafiə sahəsində bunun eynisinə şahid olduq. İmam Xomeyninin (rə) cəbhələrə çağırış etdiyi hər zaman səfərbərlik qüvvələrinin böyük bir qismi fəhlələrdən təşkil olunurdu. Bunların özləri üçün çörək pulu qazanmağı buraxaraq döyüş meydanına getmələrindəki əsas məqsəd ölkələrini müdafiə etmək idi. Buna görə də şəhid fəhlələrin təqdir edilməsi çox yaxşı bir işdir". Teqlər : #Ali Rəhbər fəhlələri təqdir etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei başsağlığı verib Ayətullah Xamenei başsağlığı verib
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB