Ali Rəhbər `Fəcr dekadası` münasibətilə İmam Xomeyninin (r.ə) hərəmini ziyarət etdi -FOTO 01 Fevral 2017 02:00 İslam lideri İslam İnqilabının "Fəcr dekadası" (Fəcr ongünlüyü) münasibəti ilə bu gün səhər mərhum İmam Xomeyninin (r.ə) qəbrini ziyarət edən Ali Rəhbər Ayətullah Xamenei "Fatihə" oxuyaraq İran islam Respublikasının banisinin xatirəsini ehtiramla yad edib. Maide.Az xəbər verir ki, Ali Rəhbər həmçinin "7 tir günü" şəhidlərinin məzarını, "Plasko" ticarət mərkəzində şəhid olan yanğınsöndürənlərin və hərəm müdafiəçiləri şəhidlərinin məzarlarını və "Beheşte-Zəhra" şəhid məzarlığını ziyarət edərək Uca Tanrıdan şəhidlərin pak ruhlarına dərgahında ən ali dərəcələri nəsib etməsini diləyib. İmam Xomeyninin (r) İrana döndüyü 12 Bəhməndən inqilabının qələbə çaldığı 22 Bəhmənə qədər, İslam İnqilabının "Fəcr dekadası" (Fəcr Ongünlüyü) adlandırılır. İmam Xomeyni İrana qayıdandan 10 gün sonra, 22 Bəhməndə (11 fevral, 1979-cu il) İranda əzəmətli İslam İnqilabı qəti qələbə çalıb. Hər il bu münasibətlə “Fəcr ongünlüyü” bayram şənlikləri İranla yanaşı dünyanın müxtəlif ölkələrində təntənəli şəkildə qeyd olunur. Teqlər : #Ali Rəhbər `Fəcr dekadası` münasibətilə İmam Xomeyninin (r.ə) hərəmini ziyarət etdi FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei: Bütün İran xalqı bu qətiyyət və cəsarətlə öyünsün Ali Rəhbər Hərbi Hava Qüvvələrinin komandirləri və hərbi işçiləri ilə görüşüb - FOTO
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB