Alimlərimiz Təbrizdə 24 Noyabr 2014 02:00 Mədəniyyət Yaxın gələcəkdə Səfəvi dövləti ilə bağlı elmi konfrans keçiriləcək AMEA-nın Tarix İnstitutunun və Təbriz Universitetinin Azərbaycanşünaslıq Mərkəzinin birgə təşkilatçılığı ilə yaxın gələcəkdə Azərbaycan “Səfəvi dövlətinin Cənubi Qafqaz, Yaxın və Orta Şərq tarixində yeri və rolu” mövzusunda müştərək elmi konfrans keçiriləcək. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda Elmi Şuranın növbəti iclasında bildirilib. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudovun rəhbərliyi ilə keçirilən şurada müzakirə edilən ən mühüm məsələlərdən biri Tarix İnstitutunun əməkdaşlarının Təbriz şəhərində AMEA Tarix İnstitutu və Təbriz Universitetinin Azərbaycanşünaslıq Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən dahi Azərbaycan şairi Məhəmməd Füzulinin həyat və yaradıcılığına həsr edilmiş elmi konfransda iştirakı olub. Məsələ ilə bağlı məruzə edən elmi işlər üzrə direktor müavini Tofiq Nəcəfli deyib ki, 2014-cü il noyabrın 18-21-də Təbriz Universitetinin “Azərbaycanşünaslıq Mərkəzi” dahi Azərbaycan şairi Məhəmməd Füzulinin həyat və yaradıcılığına həsr olunmuş beynəlxalq konfrans keçirilib. İnstitutun əməkdaşları “Məhəmməd Füzuli dövründə Azərbaycanda ictimai-siyasi vəziyyət”, “Məhəmməd Füzulinin əsərlərinə yazdığım nəzirə və təxmislər”, “Məhəmməd Füzulinin ədəbi və əlmi-fəlsəfi yaradıcılığına ümumi baxış”, “Füzulinin həyat və yaradıcılığı Qərb tədqiqatçılarının əsərlərində” adlı məruzə ediblər. Alimlərimiz məruzələri böyük maraqla qarşılanıb. Teqlər : #Alimlərimiz Təbrizdə, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İran və Türkiyə azərbaycanlıların yaşayışını əks etdirən birgə serial çəkir Şekspirin 1 sterlinqə satılan kitabı indi 5.5 milyon dollardır - FOTO
Azərbaycan XİN: İşğal olunmuş ərazidəki Azıx mağarasında qanunsuz arxeoloji qazıntı aparan əcnəbilərlə bağlı tədbir görüləcək