Ağcaqanadların yoluxdurduğu ölümcül virus Tailandda 69 can aldı 18 Sentyabr 2018 01:00 Dünya Tailandda ilin təxminən 9 aylıq dövründə 50 mindən çox insanda görülən danq humması 69 nəfərin ölümünə səbəb olub. Maide.Az "Open.az"a istinadla xəbər verir ki, yerli mətbuatın Səhiyyə Nazirliyinin verdiyi xəbərə görə, bu il yanvarın 1-dən sentyabrın 8-nə qədər 27 regionda 52670 nəfərdə danq humması aşkar edilib. Eyni tarixlərdə dekabrında, epidemiya səbəbindən 69 nəfər həyatını itirib. Virusun ən çox Phuket, Nakorn Pathom, Phichit, Maehongsorn və Krabi bölgələrində görüldüyü qeyd olunub. Danq humması virusu, insanlara ağcaqanad vasitəsilə yoluxur. İlkin zamanlarda yüngül qızdırmayla müşahidə olunana xəstəlik, bəzi hallarda ölümcül ola bilir. Hadisələr, əsasən yağış mövsümləri kimi tanınan iyun və sentyabr ilə dekabr və mart aylarında artım göstərir. Alimlər, yüksək temperatur və uzun sürən yağışların malyariya və danq humma daşıyan ağcaqanadların artmasına səbəb olduğunu bildirib. Xəstəliyə səbəb olan ağcaqanad növünün gölməçələrində sürfə yaratması səbəbindən xüsusilə sənaye dairələrindəki zibil yığıntılarınınmütəmadi olaraq dərmanlanması lazımdır. Teqlər : #Ağcaqanadların yoluxdurduğu ölümcül virus Tailandda 69 can aldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sergey Şoyqu: İdlibdə hərbi əməliyyatlar aparılmayacaq Rusiyanın içərisində 14 hərbçi olan təyyarəsini İsrail vurub?
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO