ABŞ sionist rejimi hədələyib 20 Mart 2015 02:00 Xəbərlər Amerika sionist rejimi BMT-də dəstəkləmək məsələsini yenidən nəzərdən keçirəcəyi ilə hədələyib. Frans-Press-in məlumatına görə, Ağ Ev sionist rejimin baş naziri Benyamin Netanyahunun müstəqil Fələstin ölkəsinin təşkili ilə müxalifətinə dair son mövqeyindən hiddətlənərək, dünən bildirib ki, indiyədək BMT-də bu rejimə verdiyi hərtərəfli dəstək məsələsini yenidən nəzərdən keçirəcək. Bu məlumata əsasən, Ağ Ev vurğulayıb ki, Netanyahu öz seçki təbliğatında vəd edib ki, müstəqil Fələstin ölkəsinin təşkilinin qarşısını alacaq. Bu məsələ də Amerikanın İsraili dəstəkləmək siyasətinin əsasını zəiflədir. Ağ Evin sözçüsü deyib ki, İsrail Amerikanın müttəfiqi kimi elan edib ki, daha ABŞ-ın fələstinlilərin problemlərinə son qoyulması üzrə həll yoluna və müstəqil Fələstin ölkəsinin təşkilinə sadiq deyil, buna görə, Amerika da bu məsələ ilə bağlı mövqeyini yenidən nəzərdən keçirməlidir./ Teqlər : #ABŞ sionist rejimi hədələyib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Avropa Rusiyaya şərtini açıqladı Yəməndə Əhli-beyt davamçılarının məscidlərinin partladıldılması nəticəsində həlak olanların sayı artıb