ABŞ Nümayəndələr Palatası Yəmən müharibəsində səudiyyəlilərə dəstəyi bitirməyə səs verib 14 Fevral 2019 10:49 Yəmən Demokratların nəzarətində olan Nümayəndələr Palatası Vaşinqtonun Yəmən müharibəsində Səudiyyə Ərəbistanına dəstəyini bitirəcək qətnaməni dəstəkləyib. Bunu çoxları Prezident Donald Trump-a qarşı addım kimi dəyərləndirir. Maide.Az "azadliq.org"a istinadla xəbər verir ki, qətnamə 248-177 səs fərqilə qəbul olunub. On səkkiz respublikaçı da sənədi dəstəkləyib. Trump isə sənədə veto qoymaqla hədələyib. Amma səsvermənin nəticəsi bu vetonun nəticəsiz qalacağını göstərir. Qətnamənin qəbulu ABŞ qüvvələrinin Yəməndə hər hansı əməliyyatda iştirakının önlənməsi deməkdir. Buraya müharibəyə qatılan təyyarələrin yanacaqla doldurulması da daxildir. Bütün bunlara Konqresin təsdiqi lazım olacaq. Senat ötən il də oxşar sənəd qəbul etmişdi, amma onda o, Nümayəndələr Palatasında səsverməyə çıxarılmadı. Palata o zaman respublikaçıların nəzarətində idi. Qeyd edək ki, artıq 5 ildən çoxdur ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb. Birləşmiş Ştatlarla yanaşı Britaniya və Fransa da bu təcavüzdə Səudiyyə Ərəbistanının tərəfindədir. 2015-ci ildən Yəmənə qarşı amansız hücumlar və təcavüz nəticəsində 10 minədək adam öldürülüb, 14 milyon yəmənli aclıq həddindədir. Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi Ənsarullah Hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar. Teqlər : #ABŞ,#Nümayəndələr,#Palatası,#Yəmən,#müharibəsində,#səudiyyəlilərə,#dəstəyi,#bitirməyə,#səs,#verib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Səudiyyə Ərəbistanı Yəməndə dünyanın ən böyük humanitar fəlakətini yaşadır` Yəməndə ölüm sərhədində 400 min körpə və uşaq var
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'