ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinin şəxsi e-poçtu xaker hücumuna məruz qalıb 21 Oktyabr 2015 01:00 Dünya ABŞ rəsmiləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Brennana məxsus e-poçtun bir orta məktəb şagirdi tərəfindən xaker hücumuna məruz qalması haqda məlumatları araşdırırlar. Maide.az xəbər verir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinin şəxsi e-poçtunu dağıtdığını iddia edən şəxs “New York Post” qəzetinə açıqlamasında deyib ki, sözügedən İdarə rəisinin işi ilə bağlı faylları, o cümlədən yüksək təhlükəsizlik akkreditasiyası ilə bağlı müraciəti ələ keçirib. Mərkəzi Kəşfiyyat İdarəsinin müstəntiqlər bildiriblər ki, bununla bağlı araşdırmalar davam edir, lakin Con Brennana məxsus e-mailın xaker hücumuna məruz qalması haqda xəbəri təsdiq etməyiblər. Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinin e-poçtunu dağıtdığını iddia edən yeniyetmənin adı anonimdir və şəxsiyyəti haqqında məlumatlar açıqlanmır. “New York Post” qəzeti bu şəxsin orta məktəb şagirdi olduğunu, həşiş çəkdiyini və ABŞ-ın xarici siyasətini tənqid etdiyini qeyd edib. / Teqlər : #ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinin şəxsi epoçtu xaker hücumuna məruz qalıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İŞİD 25 İraq vətəndaşını diri-diri yandırıb Almaniyada miqrantların yaşadığı sığınacaqda yanğın; 4 ölü, 4 yaralı -VİDEO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO