Abituriyentlərin nəzərinə - Mütləq oxuyun

Aprelin 29-u, saat 15:00-dək 81579 abituriyent öz elektron ərizəsini dolduraraq təsdiqini təmin edib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasındanverilən məlumatına görə, 5407 abituriyent elektron ərizəsinə özü haqqında məlumatları daxil etsə də, həmin ərizələri təsdiq etməyiblər.
 
Məlumatda bildirilir ki, ərizələri təsdiq olunmayan, həmçinin, ərizə təqdim etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaq. Həmin abituriyentlər qəbul imtahanlarında iştirak etmək üçün aprelin 30-dək bu prosesi yekunlaşdırmalıdırlar.
 
Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün (I, II, III və IV ixtisas qrupları üzrə) ərizələrin qəbulu davam edir.

Google+ WhatsApp ok.ru