ABŞ dövlət katibinin İraqa gözlənilməz səfəri 08 Aprel 2016 01:00 Dünya ABŞ Dövlət Katibi Con Kerri İraq rəsmiləri ilə görüşmək məqsədi ilə İraqa gözlənilməz səfər edib. Maide.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi deyib ki, bu səfərdə Con Kerri baş nazir Əl-İbadi, XİN başçısı İbrahim Cəfəri və digər rəsmilərlə görüşəcək. C.Kirbi deyib ki, Con Kerri bu gün Bağdada səfər edib. Səfərdə ABŞ rəhbərliyi ilə İŞİD-ə qarşı koalisiya və eləcədə İraqda təhlükəsizlik, iqtisadi və siyasi durum haqqında müzakirələr aparacaq. 2014-cü ildən İŞİD terror qruplaşması İraqa hücum edib və bundan başqa İraqda böyük maliyyə böhranı yaşanır. İraqın baş naziri çalışır hazırkı böhranlarla mübarizə üçün mövcud kabineti dəyişmək və teknokrat hökuməti onun yerinə gətirməyə çalışır. Buna baxmayaraq İraqdakı güclü partiyaların çoxu onun bu addımına müxalifdirlər. Beynəlxalq KİV-lərin məlumatına görə, Kerri artıq İraqda bir sıra görüşlər keçirib. Avropa rəsmilərindən biri France-Presse bildirib ki, İraqdakı siyasi proseslər rəsmi Vaşinqton üçün çox önəmlidir. Kerri İraqa səfərdən öncə Bəhreyndə Fars Körfəzi Əməkdaşlıq Şurasının XİN başçılarınıniclasında İraq, Suriya və Yəmən problemlərini müzakirə edib. / Teqlər : #ABŞ dövlət katibinin İraqa gözlənilməz səfəri, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İngiltərədə islamafobiya müsəlman qadınların işlə təmin olunmasına təsir göstərir İraq ordusu Ənbar əyalətindəki Kubeys şəhərini azad edib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO