ABŞ-ın xam neft ehtiyatları 1,9 milyon barrel azalıb 23 Noyabr 2017 02:00 Dünya -- ABŞ-ın strateji neft ehtiyatları da ötən həftə 1,8 milyon barrel azalmışdı ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 1,9 milyon barrel (0,4 faiz) azalaraq 457,1 milyon barrel olub. Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bazar proqnozları isə ehtiyatların 1,5 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftə ölkənin xam neft ehtiyatları 1,9 milyon barrel artmışdı. ABŞ-ın strateji neft ehtiyatları isə ötən həftə 1,8 milyon barrel (0,3 faiz) azalaraq 667,5 milyon barrel olub. Ölkənin benzin ehtiyatları keçən həftə 0,04 milyon barrel artaraq 210,5 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 0,7 milyon barrel artması istiqamətində idi. Əvvəlki həftədə isə benzin ehtiyatları 0,9 milyon barrel artmışdı. Hesabat həftəsində ABŞ-ın neft idxalı əvvəlki həftəyə nisbətdə gündəlik orta hesabla 25 min barrel azalaraq 7,87 milyon barrel olub. Ölkənin xam neft ixracı isə gündəlik 462 min barrel artaraq 1,59 milyon barrelə yüksəlib.(azertac) Teqlər : #ABŞın xam neft ehtiyatları 1,#9 milyon barrel azalıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru AlQuriyah kəndi İŞİD-in işğalından azad edilib Roma Papası Banqladeşə səfər edəcək
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO