ABŞ-ın Oklahoma ştatında atışma nəticəsində üç nəfər ölüb 19 Noyabr 2019 07:15 Xəbərlər Noyabrın 18-də Oklahoma ştatının Dankan şəhərində yerləşən Walmart mağazasının dayanacağında atışma baş verib. Atışma nəticəsində üç nəfər həyatını itirib. Bu haqda şəhərin hüquq-mühafizə orqanlarının nümayəndələri xəbər verib. Şəhər polisinin verdiyi məlumata görə, atışma zamanı 9 güllə atılıb. Qeyd olunur ki, polis işçiləri hadisə yerinə gələndən sonra, bir kişini və bir qadını avtomobilin içərisində ölü vəziyyətdə tapıblar. Digər ölən şəxs avtomobilin yanında, əlində odlu silah tapılıb. Polis hesab edir ki, şübhəli şəxs iki nəfəri avtomobildə öldürdükdən sonra özünə də sui-qəsd edib. Polis şerifi Denni Ford qeyd edib ki, şübhəli şəxsin motivi bəlli deyil, lakin zərərçəkənlərin bir-birini tanımasının ehtimalı böyükdür. /azertac Teqlər : #ABŞın,#Oklahoma,#ştatında,#atışma,#nəticəsində,#üç,#nəfər,#ölüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kərbəladakı etirazların dinc keçməsi üçün baxın nə etdi! - FOTO İstanbulda mebel fabriki yanır - Ölən və yaralananlar var