ABŞ-ın elçisi Talibanla ‘heç nə razılaşdırılmadığını’ deyir 28 Yanvar 2019 15:44 Dünya Birləşmiş Ştatların xüsusi elçisi Zalmay Khalilzad Taliban silahlı qruplaşmasıyla son danışıqlarının detallarını Əfqanıstan Prezidenti Ashraf Ghani ilə bölüşüb. Ghani-nin idarəsinin yanvarın 28-də yaydığı bəyanatda deyilir ki, Khalilzad mümkün atəşkəslə bağlı danışıqlar aparıb, amma heç nə razılaşdırılmayıb. Khalilzad əcnəbi əsgərlərin çıxarılması üzrə heç bir razılaşma əldə olunmadığını da təsdiqləyib. O, belə bir qərarın Əfqanıstan hökumətilə razılaşdırılacağını vurğulayıb. Bu bəyanatdan öncə Taliban və Khalilzad Qətərdə keçirilən son danışıqlarda “irəliləyiş” əldə olunduğunu bəyan etmişdilər. “Birləşmiş Ştatlar Talibanla danışıqlarında vurğulayıb ki, Əfqanıstanda davamlı sülhün yeganə yolu əfqanlar arasında danışıqlardır”,– Khalilzad deyib. GHANİ-NİN MÜRACİƏTİ 2001-ci ildə ABŞ koalisiyası Talibanı Əfqanıstanda hakimiyyətdən uzaqlaşdırıb. O vaxtdan Qərbin dəstəklədiyi Kabil hökuməti Taliban və digər silahlı qruplarla mübarizə aparır. Taliban Əfqanıstanın hökumət rəsmilərilə birbaşa danışıqlardan imtina edir, onları “oyuncaq” adlandırır. Yaraqlılar hökumətlə yalnız bir halda danışıqlara başlayacaqlarını deyirlər – ABŞ əsgərlərinin ölkədən çıxarılması üçün konkret vaxt qoyulsun. Yanvarın 28-də xalqa müraciətində Ghani Talibana bird aha çağırış edib, onları hökumətlə birbaşa danışıqlara çağırıb. Onun sözlərinə görə, hazırda yaraqlılar bir seçim qarşısındadır: ya Əfqanstan xalqıyla birlikdə olsunlar, ya da xarici ölkələrin alətinə çevrilsinlər. Talibanla Dohada altıgünlük danışıqlardan sonra Khalilzad yanvarın 26-da demişdi ki, Birləşmiş Ştatlar və Taliban “ciddi irəliləyiş” əldə ediblər. O, tərəflərin “işləməli olduğu xeyli sayda məsələnin də qaldığını” vurğulayıb. Talibanın sözçüsü Zabihullah Mujahid isə deyib ki, görüşlərdə “irəliləyiş” olsa da, atəşkəs razılaşması xəbərləri “doğru deyil”. Mujahid “həll olunmayan məsələlər” üzrə danışıqların davam edəcəyini vurğulayıb. Taliban-ABŞ danışıqlarının növbəti raundu fevralın 25-nə planlaşdırılıb. Teqlər : #ABŞın,#elçisi,#Talibanla,#‘heç,#nə,#razılaşdırılmadığını’,#deyir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru YUNİSEF Avropa ölkələrindən miqrant uşaqları qorumağı tələb edir Pakistanda Əhli-beyt (ə) ardıcılları aclıq aksiyasına başlayıb - FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO