ABŞ-da müsəlmanlar tərəfindən ilk İslam universiteti təsis edildi 31 Avqust 2015 01:00 Dünya ABŞ-da müsəlmanların qurduğu universitet fəaliyyətə başladı. Maide.az xəbər verir ki, Pensilvaniya ştatının Bethlehem şəhərində qurulan Respekt Universitetində (Respect Graduate School-RGS) İslam təhsili veriləcək. Burada təhsil alan tələbələr ixtisaslar üzrə mütəxəssis olmaqla yanaşı, imam da ola biləcəklər. Universitetin açılışında çıxış edən RGS-nin idarə heyətinin sədri Ehat Ercanlı bildirib ki, tələbələr burada magistratura təhsil də ala biləcəklər. Daha sonra Respekt Universitetinin rəhbəri Süleyman Eriş çıxış edərək deyib ki, ABŞ-da dini liderlər, imamlar və dialoq mühitlərində liderlik edə biləcək şəxslər az olduğu üçün bu sahələrdə tələbələr yetişdirmək lazımdır. O, burada təhsil alacaq tələbələrin ABŞ-da İslamı təmsil edəcəklərini söyləyib. // Teqlər : #ABŞda müsəlmanlar tərəfindən ilk İslam universiteti təsis edildi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azanın sözlərində “facebook” istifadə edən imam işdən qovuldu Avstriya 5 min qaçqına baxa bilmır
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO