ABŞ-da məktəbdə partlayış baş verib, ölən və yaralananlar var 03 Avqust 2017 01:00 Dünya ABŞ-ın Minneapolis şəhərində məktəbdə qaz sızması səbəbindən baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl qismən dağılan məktəbdə iki nəfərin itkin düşdüyü bildirilirdi. Son məlumata əsasən, itkin düşənlərdən birinin meyiti aşkarlanıb. Hadisə nəticəsində yaralanan 7 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 3-ün vəziyyəti ağır kimi qiymətləndirilir. Yay tətilinə baxmayaraq, təhsil müəssisəndə çox sayda müəllim və şagirdlərin olduğu bildirilir. Məlumata görə, məktəbdə yay kursları və müxtəlif idman seksiyaları fəaliyyət göstərir. Teqlər : #ABŞda məktəbdə partlayış baş verib,#ölən və yaralananlar var, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kəşmir bölgəsində müsəlmanların sayı 2001-ci illə müqayisədə 2 dəfə artıb Yaponiya hökuməti istefaya getdi: Yeni təyinatlar
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO