ABŞ-da gün ərzində ikinci atışma olub, ölənlər var 25 Dekabr 2019 09:04 Xəbərlər ABŞ-da gün ərzində ikinci atışma olub. Bu barədə yerli WUFT telekanalı polisə istinadən məlumat yayıb. Məlumata görə, hadisə Florida ştatında qeydə alınıb. Leyklend şəhərində yaşayış evində naməlum şəxs 2 nəfəri güllələyib. O, sonra özünə qəsd edib. Hadisə zamanı evdə yaşları 10-a qədər olan 4 uşaq olub. Onlar hər hansı xəsarət almayıblar. İnsidentin digər təfərrüatları açıqlanmır. Daha əvvəl ABŞ-ın Şimali Karolina ştatının Hay-Poynt şəhərində naməlum şəxs ətrafdakılara atəş açıb, azı 6 nəfər yaralanıb. /Report Teqlər : #ABŞda,#gün,#ərzində,#ikinci,#atışma,#olub,#ölənlər,#var, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BDU-da bir qrup tələbə aksiya keçirib - FOTO Bəzi marşrutlar üzrə avtobuslar səhərədək işləyəcək