Aİ-92 markalı benzin bahalaşıb - 90 qəpik 15 İyul 2017 01:00 Ölkə Azərbaycanda Aİ-92 markalı benzinin qiyməti 70 qəpikdən 90 qəpiyə qaldırılıb. Bu barədə qərarı iyulun 14-də gecə saatlarında Tarif Şurası verib. Qərar digər markalı benzinlərə aid deyil. Qərar bu gündən - iyulun 15-dən qüvvəyə minir. Qiymətinin nisbətən ucuz olmasına görə, indiyə qədər Azərbaycanda sürücülərin əksəriyyəti Aİ-92 markalı benzindən istifadə edirdi. Tarif Şurasının saytında dərc edilmiş məlumatda deyilir ki, qurum iyulun 14-də keçirilmiş iclasında “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılıb, müvafiq tarif tənzimlənməsi həyata keçirilib”. Tarif Şurasının yaydığı məlumatda deyilir: "Ötən illər ərzində manatın məzənnəsində baş verən dəyişikliklər, artan daxili tələbatın SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması və xarici valyuta gəlirlərinin azalması nəzərə alınaraq, “Aİ-92” markalı avtomobil benzini üzrə tarif tənzimlənməsi aparılıb". Azərbaycanda benzin sonuncu dəfə bu ilin yanvarında bahalaşıb. Xaricdən idxal olunan "Aİ-95 Premium" markalı benzin o zaman 10 qəpik (0,95 AZN-dən 1.05 AZN olmuşdu) bahalaşmışdı. (azadliq.org) Teqlər : #Aİ92 markalı benzin bahalaşıb 90 qəpik , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru AİP ilk hicab şəhidi Vaqif Abdullayevin şəhadətinin 5-ci il dönümü ilə bağlı anım mərasimi keçirib Azərbaycanda şagirdlərin sayı artıb