Əfqanıstanda polis bölməsinə hücum edilib, onlarla ölən var 21 Mart 2020 10:04 Dünya "Taliban" hərəkatı silahlıları Əfqanıstanın Zabul əyalətində polis bölməsinə hücum edib. Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 20-dən çox əməkdaşı həyatını itirib. Qubernator administrasiyasının mətbuat katibi Gül İslam Siyal "Anadolu" agentliyinə bildirib ki, hücumu təhlükəsizlik qüvvələri sıralarına girmiş altı “talibançı” təşkil edib. “Təhlükəsizlik qüvvələri ciddi itkilərə məruz qalıb, amma dəqiq say hələlik məlum deyil”, - o deyib. Eyni zamanda yerli şuranın sədri Ata Can Hakbayan da təsdiq edib ki, hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 20-dən çox əməkdaşı həlak olub. Onun sözlərinə görə, “talib”lər hücumdan sonra polis bölməsindən silah ələ keçirərək qaçıblar. "Taliban" hadisəni şərh etməyib. Teqlər : #Əfqanıstanda,#polis,#bölməsinə,#hücum,#edilib,#onlarla,#ölən,#var, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiya ABŞ qarşısında tələb qoydu Xorvatiyada nisbətən güclü zəlzələ olub
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO