Şəhid əsgər Cəlilabadda dəfn edilib 06 Mart 2020 12:03 Qarabağ xəbərləri Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində şəhid olan sərhədçi əsgər Orxan Paşazadə dəfn olunub. "Report"un Muğan bürosu xəbər verir ki, şəhidlə vida mərasimi başa çatandan sonra onun cənazəsi Cəlilabad rayonunun Cəfərxanlı kəndində yerləşən qəbiristanlığa gətirilib və burada torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin ailə üzvləri, Dövlət Sərhəd Xidmətinin nümayəndələri, Cəlilabad Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin əməkdaşları, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Teqlər : #Şəhid,#əsgər,#Cəlilabadda,#dəfn,#edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan sərhədçisi şəhid olub Azərbaycan əsgəri həyatını itirib
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni