'Ərbəin' zəvvarları üçün mühüm xəbər: 'Bu yerlərdə pulsuz internet olacaq' 09 Oktyabr 2019 16:38 Dünya Dünyanın ən böyük toplantısı - ƏRBƏİN yürüşündə iştirak edəcək zəvvarlar üçün pulsuz internetdən istifadə yerləri açıqlanıb. Maide.az xəbər verir ki, bu barədə İraqın Rabitə və İnformasiya Texnologiyaları nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Nəcəf şəhərində "Nur-əl Əşrin" və Kərbəla yolunun girişində olan "Həzrət Zəhra" mokibində, o cümlədən Əl-Həkim məscid və məqbərə kompleksi ərazisində pulsuz internet olacaq. Kərbəla istiqamətində olan yolda isə 202, 286, 309, 460, 548, 707, 828, 953, 1120 və 1222-ci sütunların yanındakı mokiblərdə pulsuz internet məkanları yaradılıb. Hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir. Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin miladi təqvim ilə 19 oktybar tarixinə təsadüf edir. Zəvvarlar Nəcəf - Kərbəla istiqamətində olan təxminən 80 km-lik yolu piyada qət edərək ziyarətə gedirlər. Teqlər : #'Ərbəin',#zəvvarları,#üçün,#mühüm,#xəbər:,#'Bu,#yerlərdə,#pulsuz,#internet,#olacaq', Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Pakistanda, 118 yaşlı məscidin bərpasına başlandı Rusiyada Müsəlman Həkimlər Birliyi yaradılıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO