Əfqanıstan prezidenti Talibanla atəşkəs elan edir 07 İyun 2018 01:00 Dünya -- müvəqqəti atəşkəs Əfqanıstan prezidenti Əşrəf Qəni Ramazan ayına görə Taliban terror qruplaşması ilə müvəqqəti atəşkəs elan edib. Ancaq qruplaşmanın buna razılaşıb-razılaşmaması hələlik, bəlli deyil. Ə.Qəni iyunun 7-də yaydığı videomüraciətdə atəşkəsin iyunun 11-dən 15-dək davam edəcəyini bildirib. Ramazan ayında Əfqanıstanda yaraqlı hücumlarında səngimə müşahidə olunmur. Prezidentin sözlərinə görə, Əfqanıstanın təhlükəsizlik qüvvələri Taliban qruplaşma üzvlərinə qarşı “hücumları dayandıracaq”, ancaq İŞİD və Əl-Qaidə ekstremist qruplaşmaları, eləcə də digər beynəlxalq terror qruplarını hədəfə alan əməliyyatlar davam edəcək.(azadliq.org) Teqlər : #Əfqanıstan prezidenti Talibanla atəşkəs elan edir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şeyx İsa Qasımın səhhəti pisləşir İranda terror şəbəkəsi hücumdan öncə zərərsizləşdirildi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO