Şəhid əsgər torpağa tapşırıldı 21 May 2018 01:00 Qarabağ xəbərləri -- mayın 21-i Ağstafa rayonunda dəfn edilib Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən təxribatının qarşısını alarkən həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Adil Əli oğlu Tatarov mayın 21-i Ağstafa rayonunda dəfn edilib. APA-nın məlumatına görə, şəhid əsgərlə vida mərasimi Qıraq Kəsəmən kəndindəki ata evində keçirilib. Mərasimdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhid hərbçinin xidmət etdiyi hərbi hissənin, Müdafiə Nazirliyinin təmsilçiləri nitq söyləyiblər. Adil Tatarovun nümunəvi əsgər olduğu, düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olduğu vurğulanıb. Şəhid əsgər kənd qəbiristanlığında torpağa tapşırılıb. Adil Tatarov mayın 20-də şəhid olub. Müdafiə Nazirliyi bəyan edib ki, təxribatın arxasında bir neçə gün əvvəl qoşunların bu istiqamətdə yerləşən qarşıdurma xəttində səfərdə olan Ermənistanın müdafiə və xarici işlər nazirləri birbaşa dayanır və bu təxribatın onların göstərişi ilə həyata keçirilməsi istisna olunmur. Teqlər : #Şəhid əsgər torpağa tapşırıldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şəhidimiz var: başın sağ olsun Vətən Elmar Məmmədyarov: Paşinyanın təklifləri sülh prosesini öldürməyə yönəlib
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni