Əllamə Ayətullah Həsənzadə Amuli xəstəxanadan evə buraxılıb - FOTO 27 Mart 2018 01:00 Dünya -- Səhhəti yaxşılaşıb Tanınmış filosof, hikmət və mərifət dahilərindən, Qum Dini Elmlər hövzəsinin böyük mərcəyi-təqlid alimi Əllamə Ayətullah Həsənzadə Amuli bu gün xəstəxanadan evə buraxılıb. Maide.Az “iribnews”-a istinadən xəbər verir ki, ürək çatışmazlığı səbəbilə martın 25-dən Mazandaran əyalətinin Amul şəhərinin İmam Rza (ə) adına xəstəxanasında müalicə alan Ayətullah Həsənzadə Amulinin durumu stabilləşdiyi üçün evə buraxııb. Əllamə Ayətullah Həsənzadə Amuli kimi tanınan Həsən Təbəri Amuli 1928-ci ildə Amol şəhərinin Larican bölgəsində dünyaya göz açıb. O tanınmış müctəhid, filosof, hikmət və mərifət dahilərindən və Qum Dini Elmlər hövzəsinin böyük mərcəyi-təqlid alimidir . Həmçinin, Əllamə Ayətullah Həsənzadə Amuli ədəbiyyat, astronomiya, riyaziyyat və tibdə də çoxlu elmi nailiyyətlərə imza atıb. Teqlər : #Əllamə Ayətullah Həsənzadə Amuli xəstəxanadan evə buraxılıb FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dəməşq atəşə tutulub Rus diplomatlarını geri göndərən ölkələrin sayı 18-ə çatdı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO