Əli Laricani: İran Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyir 17 Aprel 2017 01:00 Siyasət Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində aprelin 17-də İslam Şurası Məclisinin sədri Əli Laricani ilə görüşüb. Maide.Az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Müdafiə naziri Azərbaycan və İran prezidentlərinin, dövlət rəsmilərinin çoxsaylı görüşləri və qarşılıqlı rəsmi səfərlərinin ölkələrimiz arasında əlaqələrin genişlənməsinə mühüm töhfə verdiyini, ikitərəfli əməkdaşlığın inkişafına və daha da güclənməsinə xidmət etdiyini bildirib. Regionda təhlükəsizlik məsələlərinə toxunan general-polkovnik Z.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı aparılan danışıqlar, xüsusən də son vaxtlarda qoşunların qarşıdurma xəttində baş vermiş hadisələr barədə məlumat verib. Ə.Laricani isə öz növbəsində, İranın Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü daim dəstəklədiyini, münaqişənin sülh yolu ilə beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həllinin tərəfdarı olduğunu vurğulayıb. Tərəflər Azərbaycanla İran arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivlərini, qarşılıqlı maraq doğuran regional, qlobal və digər məsələləri müzakirə edib. / Teqlər : #Əli Laricani: İran Azərbaycanın müstəqilliyini,#suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyir , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan və İran gömrük orqanlarının nümayəndələri görüşüb İran XİN: Ümid edirik ki, referendum Türkiyə daxilində birliyə və sabitliyə xidmət edəcək
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video