Əfqanıstan prezidenti Azərbaycana gələcək 14 Aprel 2017 01:00 Siyasət Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycana səfər edəcək. Bu barədə Trend-ə Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Taqi Xalili bildirib. Diplomatın sözlərinə görə, Əfqanıstan lideri xarici işlər naziri Səlahuddin Rəbbani ilə birgə "Asiyanın ürəyi - İstanbul prosesi" formatının nazirlər səviyyəsində görüşündə iştirak edəcək. Səfir xatırladıb ki, artıq martın 17-də Bakıda "Asiyanın ürəyi - İstanbul prosesi" ölkələrinin yüksək vəzifəli rəsmilərinin iclası baş tutub: "Görüş böyük ehtimalla ilin ikinci yarısında keçiriləcək. Tarix dəqiqləşdirilir". / Teqlər : #Əfqanıstan prezidenti Azərbaycana gələcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiya XİN: Xəzərin hüquqi statusuna dair Konvensiya layihəsi demək olar ki, imzalanmaya hazırdır Azərbaycan və İran gömrük orqanlarının nümayəndələri görüşüb
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video