Ərbəin mərasimini 40 mindən çox təhlükəsiz qüvvəsi təmin edir 16 Noyabr 2016 02:00 Dünya İraqda Ərbəin mərasimində İmam Hüseyn (ə) əzadarlarının təhlükəsizliyini 40 mindən çox təhlükəsiz qüvvəsi təmin edir. Maide.Az bildirir ki, Əl-Aləm televiziyasının məlumatına görə, İmam Hüseynin (ə) Ərbəini mərasimini keçirmək üçün Kərbəlaya hərəkət edən zəvvarların təhlükəsizliyini təmini üçün 40 mindən çox təhlükəsiz qüvvəsi iştirak edir. Bunu Orta Fərat Əməliyyat Komandanlığının başçısı general Qeys əl-Məhəmmədavi deyib. O deyib ki,biz diqqəti cəlb edəcək sayda zəvvara ev sahibliyi edirik. “Onların sayı 15-20 milyon nəfərə çatacaq. Nəticədə bu sayda zəvvarın təşkilatlanması, onların Kərbəlaya daxil olması və digər ehtiyaclarının təmini üçün çoxlu səy və müxtəlif əməkdaşlıqlara ehtiyac var. Kərbəla vilayətinin polis komandanı general Əhməd əl-Züveyni də əl-Aləm müxbirinə deyib ki, Kərbəla vilayətinin polis komandanlığı Orta Fərat Əməliyyat Komandanlığının əməkdaşlığı ilə İmam Hüseyn (ə) ərbəini zəvvarlarına dəstək üçün plan hazırlayıb. Bu plana əsasən, Kərbəla şəhərinin mərkəzindən vilayətin idarəçiliyinə qədər bütün bölgələrdə müxtəlif qüvvələr yerləşdirilib. Builki Ərbəin mərasiminin özəlliyi müxtəlif ölkələr, o cümlədən İran, Pakistan, Hindistan, Livan və Fars körfəzinin ətrafındakı ölkələrdən əzadar karvanların iştirak etməsidir. İmam Hüseyn (ə) Müqəddəs Ziyarətgahının rəhbərliyi zəvvarların qarşılanması üçün tam hazır olduğunu bildirib və bu yolda bütün imkanlardan istifadə edəcək ki, Kərbəla şəhəri Şəhidlər Sərvərinin Ərbəin mərasiminin keçirilməsi üçün təhlükəsizlik və lojistik baxımından hazır olsun. / Teqlər : #Ərbəin mərasimini 40 mindən çox təhlükəsiz qüvvəsi təmin edir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Myanmarda müsəlman qətliamı davam edir: 28 ölü İngiltərənin Mançester şəhərində `Ərbəin` yürüyüşü keçirilib - FOTOLAR
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO