Şəkərli xəstələrə içərisinə su doldurulmuş “dərmanları” necə satırlar… 02 Mart 2016 02:00 Sağlamlıq Azad İstehlakçılar Birliyinə “Şəkərli diabetin müalicəsində yenilik”, “qanda şəkərin azalması”, “qanda xolesterinin azaldılmasına yardım” kimi reklam edilən fitospreylərlə bağlı şikayətlər daxil olub. Araşdırma zamanı məlum olub ki, spreylərin içərisinə hər hansı bir dərman deyil, su doldurulub. Bu barədə təşkilatın rəhbəri Eyyub Hüseynov məlumat verib. Hüquq müdafiəçisinin sözlərinə görə, 76-80 manata satılan spreyləri internet vasitəsilə sifariş etməklə də almaq mümkündür: “Təşkilata müraciət edən şikayətçilər bildirirlər ki, spreyləri qanda xolesterinin azaldılmasına təsir edən dərman kimi alıblar. Preparat sifariş ediləndən sonra poçt vasitəsilə çatdırılır”. Spreylərin Moskvadan göndərildiyi bildirilsə də, içərisində Azərbaycan dilində təlimat var: “Təlimatda yazılanlarla reklamda göstərilənlər fərqlidir. Məlum olur ki, bu spreylər nə şəkərli diabet xəstələrinə, nə də arıqlamaq arzusunda olanlara təsir etmir. Araşdırma zamanı o da məlum olub ki, Azərbaycanda bu spreylərin satışı ilə məşğul olanlar var. Onların ofisi Mirəli Seyidov küçəsi, 48 ünvanında yerləşir”. Azad İstehlakçılar Birliyi məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət edib. Qeyd edək ki, dərmanın təlimatında spreyin yeməkarası 3-4 dəfə istifadə edilməsi məsləhət görülüb. Dərmanın tərkibinə vurulan xüsusi enerji yaradan maddə aclıq hissini azaldırmış. E.Hüseynov isə vətəndaşlardan onlayn mal və məhsul sifariş edərkən ehtiyatlı olmalarını tövsiyə edir. (virtualaz.org) Teqlər : #Şəkərli xəstələrə içərisinə su doldurulmuş dərmanları necə satırlar…, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İranın səhiyyə naziri: “Səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində Azərbaycana dəstək verməyə hazırıq” Azərbaycanda səhiyyə sahəsində mövcud olan qanun ləğv edilir
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir