“Səudiyyənin Bəhreyndəki layihəsi sionistlərin Fələstindəki layihəsinə bənzəyir` 09 Oktyabr 2015 01:00 Dünya Seyid Həsən Nəsrullah: `İslam Respublikası olmasaydı, region ölkələrinin başına nələr gələrdiyini təsəvvür etmək olmazdı` Livan Hizbullahının rəhbəri Seyid Həsən Nəsrullah regiondan baş verən proseslərlə bağlı “Əl-Əhzar” telekanalına müsahibə verib. O, müsahibəsində Suriya millətinin, ordusunun və rəhbərliyinin müqavimətinin bütün dünyanın son beş il ərzindəki hücumuna qalib gəldiyin deyib. Maide.az xəbər verir ki, Nəsrullah Suriya xalqının region və dünya ölkələri tərəfindən dəstəklənən silahlı terror qruplaşmalarının müqabilində ayıq olduğunu deyib: “Suriyanın müqavimətdəki rolu böyükdür və Amerika planlarının uğursuzluğunun əsas amilidir. Elə bu səbəbdən düşmənlər onu hədəfə aldılar. Suriya xalqı yavaş-yavaş başa düşür ki, Qərbin onların ölkələrinə dair planları heç də demokratiya yönlü deyil, əksinə, İŞİD-in vəhşi bir nümunəsidir. İndiyədək Suriyanın məhvinə milyardlarla dollar xərclənib, yüzlərlə ton silah-sursat göndərilib və müxtəlif ölkələrdən on minlərlə döyüşçü gətizdirilib. Dünya ərəb və qərb mətbuatı Suriya dövlətinə qarşı çıxaraq, dini təfriqə yaratmağa çalışıblar.” Nəsrullahın sözlərinə görə, daxili, regional və beynəlmiləl səylər nəticəsində Suriyadakı təhlükə mərhələsi arxada qalıb. Daha sonra Yəmən məsələsinə toxunan Hizbullah lideri bildirib ki, Yəmən ABŞ və Səudiyyənin hücumlarına qalib gələcək: “Yəmən milləti müstəqilliyə qovuşmaq üçün israrla mübarizə aparır və yenidən Ərəbistanın quluna çevrilmək istəmir. Səudiyyə Ərəbistanı Yəmən millətinin inqilabını İran İslam Respublikasının ardınca getmək kimi qələmə verir. Lakin bu, yalan, böhtan və böyük bir haqsızlıqdır. Həqiqəti bəyan edən telekanalların imkanı az olsa belə, onlar yüzlərlə satqın telekanallardan daha təsirli olacaq. Səudiyyə Ərəbistanı Fars körfəzi ölkələrini özündən asılı bilir və bunun üçün də çalışmaqdadır.” Nəsrullah İran və İslam inqilabının əhəmiyyətindən danışarkən əlavə edib ki, İslam Respublikası olmasaydı, region ölkələrinin başına nələr gələrdiyini təsəvvür etmək olmazdı: “Biz həqiqətlərdən danışırıq. Bizim və nəslimizin şahidi olduğu faktlardan. Allahın böyük bir neməti bizə nəsib olub. Belə şücaətli, dindar və misilsiz rəhbəri olan İslam İnqilabının mövcudluğu İran və müsəlmanlar üçün bir nemətdir. Lakin bəziləri bu nemətin qədrini bilmirik.” Səudiyyənin Bəhreyndəki layihəsini sionistlərin Fələstindəki layihəsinə bənzədən Nəsrullah, “Səudiyyənin Bəhreyndəki layihəsi sionistlərin Fələstindəki layihəsinə bənzəyir. Bəhreyn hakimiyyəti müstəqil deyil və qərar qəbul etmək üçün Ərəbistana müraciət edir. Bəhreyn milləti özlərinin var olması uğrunda vuruşur. Bəhreyn millətinin mübarizəsi tarixidir və məhdud olmayacaq”, - deyə bildirib. Teqlər : #Səudiyyənin Bəhreyndəki layihəsi sionistlərin Fələstindəki layihəsinə bənzəyir`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İŞİD terrorçuları Suriyada İran generalını şəhid etdi- YENİLƏNİB İŞİD silahlıları İraqda 200 dinc sakini girov götürüb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO