“İslam qadağan edilsin” deyən siyasətçi məğlub oldu 29 Sentyabr 2015 01:00 Dünya Seçiçilər İslam dininə qarşı radikal çıxışlar edən siyasətçiyə etibar etmədi. Maide.az xəbər verir ki, Fransada İslam dininin qadağan edilməsini istəyən bələdiyə sədri Robert Şardon seçkilərdə məğlub olub. Ötən il may ayında “İslamın qadağan edilməsi” ilə bağlı çıxış etdikdən sonra üzvü olduğu mərkəzi sağ partiyadan çıxarılan Robert Şardon ikinci zərbəni isə seçkilərdə alıb. O, Venellese qəsəbəsindən namizədliyini verdiyi seçkilərdə məğlub olaraq vəzifədən kənarlaşıb. Onun yerinə isə qovulduğu mərkəzi sağ partiyanın namizədi Anaud Mersiyer seçilib. Qeyd edək ki, Fransada əksəriyyəti Şimali Afrika əsilli təxminən 5 milyon müsəlman yaşayır. Avropada müsəlmanların ən çox yaşadığı ölkələrdən biri də məhz Fransadır. / Teqlər : #İslam qadağan edilsin deyən siyasətçi məğlub oldu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İranın Azərbaycandakı səfirliyində Minada ölənlərin xatirəsi anılacaq `Diplomatik məsələlərdə ikiüzlülük davam edə bilməz`
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO